“Buz adam”ın kəşfi dünya tarixinə baxışları alt-üst etdi – MARAQLI TAPINTIbackend

"Buz adam"ın kəşfi dünya tarixinə baxışları alt-üst etdi - MARAQLI TAPINTI

Ötztal vadisində gəzinti zamanı alman turistlər Erik və Helmut Simonun qarşısına çıxan cəsəd sonralar bütün Avropanı şoka salacaqdı. Onlar əvvəlcə buzla örtülmüş insanı ölən alpinistin cəsədi ilə səhv salmışdılar. Sən demə, bu dünya tarixinə yeni işıq saçan ən qiymətli tapıntı imiş.

AP Photo

Həmin tapıntı bir mumiya idi. O, yaxşı qorunub-saxlanılmışdı. Ötzi adlı cəsəd 5300 ildən çox buzda donmuşdu. Bu mumiya müxtəlif əşyalarla əhatə olunmuşdu, o cümlədən oxlardan ibarət yay və saqqal, mis bıçaqlı balta, hörmə qabıqda çaxmaq daşından xəncər, ağcaqayın yarpaqları ilə örtülmüş ağcaqayın qabları, kürək çantasının qalıqları, kiçik əşyalar olan dəri çanta, xəzdən və dəridən hazırlanmış geyim və ayaqqabılar və digər kiçik əşyalar…

Alimlər müəyyən etdi ki, Buz adamı Ötzi Kiçik Asiyadan olan miqrantların nəslindəndir. Onun genetik məlumatlarının tədqiqi göstərdi ki, yaşı 5300 il olan qədim mumiyanın dərisi tünddür, eyni rəngdə də gözlərə malikdir.

Avropada kəşf edilən ən qədim insan mumiyası olan “Buz adam”ı Ötzinin yeni DNT analizi onun həqiqətən necə göründüyü ilə bağlı maraqlı yeni detalları ortaya çıxarıb. Görünür, Avropaya böyük köç olan “Balkan yolu” 5 min il əvvəl mövcud olub.

Səyahətçilər İtaliyanın Alp dağlarında təsadüfən Mis dövrünə aid insan olan Ötzinin buzlu mumiyasını kəşf etdikdən 30 il sonra elm adamları qədim ovçunun daha dəqiq təsvirini bir araya gətirmək üçün yenidən onun DNT-sinə müraciət ediblər.

Ötzinin omba sümüyündən çıxarılan qədim insanın yenilənmiş genomu onun real görünüşünə nəzər salmağa imkan verir.

Onun uzun, səliqəsiz saçları və solğun dərisi kimi ənənəvi fikirlərinin əksinə olaraq, yeni təhlillər göstərir ki, onun başında çox az tük, tünd gözlər və əvvəllər düşünüldüyündən daha tünd dəri var.

AFP

Araşdırma həmçinin göstərdi ki, Ötzi əsasən müasir Türkiyə ərazisində yaşamış fermerlərin nəslindəndir.

“Buz adam” Ötzi kim idi?

“Buz adam” 1991-ci ilin sentyabrında Avstriya ilə sərhəddə Alp dağlarında alman səyyahlar tərəfindən tapılmışdı. Cəsəd təxminən 5400 il əvvəl kürəyindəki oxdan ölmüş bir adama aid idi.

Meyitin yanında mis balta, yay və ayı dərisindən papaq da var idi. Tapıldığı vadinin adı ilə Ötzi ləqəbli “Buz adam”ın kəşfi dünyanın təxəyyülünü alt-üst etdi, qədim Avropa sivilizasiyaları haqqında unikal fikirləri ortaya qoydu və elm adamlarına keçmişə misilsiz çıxış imkanı verdi.

Onun şiddətli ölümü, şəxsiyyəti və dağ keçidində qalma şəraiti ilə bağlı sirr arxeologiyadan çox kənara çıxan intriqa yaratdı. 1998-ci ildə “Buz adam”ın cəsədi İtaliyanın Bolzano şəhərində Cənubi Tirol Arxeologiya Muzeyində xüsusi soyuducuda saxlanılır. Arxeologiya Muzeyində Ötzinin “Buz Adam”ını əks etdirən heykəl də nümayiş etdirilir.

Ötzinin genomunun əvvəlki versiyasının təhlilinin nəticələri 2012-ci ildə dərc edilib. Almaniyanın Maks Plank adına Təkamül Antropologiya İnstitutunun genetiki, tədqiqat müəllifi Yohannes Krause o vaxtdan bəri uzun müddət  DNT analizləri aparmalı oldu. Buna görə də elm adamları “Buz adam”ın genlərinə bir daha nəzər salmağa qərar verdilər.

Əvvəlki versiya üzərində işləyən, lakin son tədqiqatda iştirak etməyən Almaniyanın Saarland Universitetinin əməkdaşı Andreas Keller sonralar deyirdi ki, “Yeni genomlar mumiyanın tarixini daha dərindən başa düşməyə imkan verib”. Yeni genomlara görə, Ötzi təxminən 45 yaşında ölüb və görünüşü olduğu kimi qalıb. İtaliyada Mumiya Tədqiqatları İnstitutunun direktoru, tədqiqat müəllifi Albert Zink isə bildirirdi ki, yeni kəşflər əsasında Ötzinin görünüşünün bədii rekonstruksiyası daha asan olacaq.

Max Planck Institute for Evolutionary Anthropology

Əvvəllər elm adamları “buz adam”ın həyatda açıq dərili və daha tüklü olduğuna inanırdılar, lakin onun mumiyalanmış cəsədi zamanla dəyişdi. Müasir avropalıların əksəriyyətində üç qrupun genlərinin qarışığı var: Anadoludan gələn fermerlər, qərbli ovçu-toplayıcılar və şərqdən olan çobanlar. Lakin Ötzinin əcdadlarının 92%-i digər qruplarla çox qarışmadan yalnız Anadolu fermerlərinə aid idi.

Hazırladı: Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*