Buzlu yolda qəzaya görə zərəri kim qarşılayır? – VİDEObackend

Buzlu yolda qəzaya görə zərəri kim qarşılayır? - VİDEO

Qarlı, buzlu yolda baş verən qəza zamanı avtomobilinə ziyan dəyən şəxsləri narahat edən məsələlərdən biri də alacaqları sığorta ödənişidir.

KONKRET.az-ın məlumatına görə, sürücülər arasında belə bir fikir var ki, meteoroloji şəraitə görə, qəza baş verdikdə hərə öz avtomobilini təmir etdirməlidir.

Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov bildirib ki, bu, kökündən yalnış bir fikirdir və belə yanaşma düzgün deyil.

Ekspert deyir ki, qəzaya səbəb olan sürücü bu işə görə mülki məsuliyyət daşıyır. Bəzən sürücülər belə havada qəza zamanı sığorta şirkətini çağırmırlar ki, sığorta tarixçəsi korlanmasın.

Bəs qarlı-şaxtalı havada bir neçə avtomobilin işturakı ilə zəncirvari qəza baş verdikdə sığorta ödənişi necə tənzimlənir?

Daha ətraflı “Xəzərxəbər”in süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*