backend

Cabbar Cabbarlı: "Maklerlərin tikdiyi evlər su şəbəkəsinə qanunsuz qoşulur"

Su şəbəkəsinə qanunsuz qoşulma daha çox Bakı ətrafı ərazilərdə rast gəlinir.

KONKRET.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin Elektron idarəetmə və müştəri xidmətləri departamentinin rəis müavini Cabbar Cabbarlı brifinqdə deyib.

Onun sözlərinə görə, Sabunçu, Suraxanı Bağlar massivi, Binəqədi rayonlarında belə hallar daha çoxdur:

“Ən çox da makler tərəfindən tikilmiş evlərdə belə hallara rast gəlinir. Maklerlər tikdikləri 5-6 evi su şəbəkəsinə primitiv şəkildə qoşur. Son nəticədə, biz vətəndaşla üz-üzə qalırıq. Digər qanunsuz qoşulmalar şəhər ətrafında apartmant tipli evlərdə baş verir. 2-3 mərtəbəli apartmanlar var ki, onlar da şəbəkəyə qoşulmaq üçün texniki şərtlər almadan orada yaşayacaq əhalini köhnə evin su şəbəkəsinə qoşurlar”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*