Cahangir Əsgərovun bankının sədri işdən çıxdı – FOTObackend

Cahangir Əsgərovun bankının sədri işdən çıxdı – FOTO

“Premium Bank“ın İdarə Heyətinin sədri Kamil Lətifov bankdan ayrılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Modern.az-a bankdan bildirilib.

Qeyd edilib ki, Kamil Lətifov öz təşəbbüsü ilə vəzifəsindən ayrılıb. Hələlik bankın İdarə Heyətinə yeni sədr təyinatı olmayıb. Səhmdarların yeni qərarına kimi sədr vəzifəsini müvəqqəti olaraq sədr müavini Mahir Nəcəfov icra edəcək.

Xatırladaq ki, bankın İdarə Heyətində hazırda Mahir Nəcəfovla yanaşı İH-yə üzv olaraq Fərid Abbasov da təmsil olunur.

Məlumat üçün deyək ki, “Premium Bank” 1993-cü ildə yaradılıb. Bankın səhmlərinin 84,5%-i AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərova, 15,22%-i “VIP Aviation Services” MMC-yə, 0,32 %-i isə Elvira Əhmədovaya məxsusdur.

Cahangir Əsgərovun bankının sədri işdən çıxdı - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*