Cahangir Əsgərovun həyat yoldaşının adı məşhur fabrikə verildibackend

Cahangir Əsgərovun həyat yoldaşının adı məşhur fabrikə verildi

Bu ilin yanvarında vəfat edən AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanın adı əbədiləşdirilib.

KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, “Gazelli Group”un parfüm və kosmetika fabrikinə Zərifə Həmzəyevanın adı verilib.

Qeyd edək ki, sözügedən fabrik Bakının Şüvəlan qəsəbəsində yerləşir.

Xatırladaq ki, Zərifə Həmzəyeva “Gazelli Group” şirkətinin təsisçisi və prezidenti idi.

Z.Həmzəyeva, həmçinin “Premium Bank” ASC-nin əsas səhmdarı və “Caspian Energy Club”ın İdarə Heyətinin üzvü olub.

Cahangir Əsgərov və Zərifə Həmzəyevanın iki qız övladı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*