Çavuşoğlu: “Bütün məsələlərdə olduğu kimi, Qarabağ problemində də qardaş Azərbaycanın yanındayıq”backend

Çavuşoğlu: “Bütün məsələlərdə olduğu kimi, Qarabağ problemində də qardaş Azərbaycanın yanındayıq”

“Azərbaycan Qarabağ probleminin həllini hansı şəkildə istəyərsə, biz o şəkildə Azərbaycana dəstək verməyə davam edəcəyik”.

KONKRET.az-ın xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Antalyada turizmlə bağlı keçirilən “Yenidən Kəşfet” layihəsinin təqdimatında jurnalistlərin sualların cavablandırarkən bildirib.

Nazir deyib ki, Qarabağ problemi,  Azərbaycanın işğal edilmiş torpaqları, sərhədləri və ərazi bütövlüyü məsələlərində Türkiyə hər zaman Azərbaycanın yanında olub: “Qarabağ Azərbaycanındır”.

M.Çavuşoğlu bildirib ki, Qarabağ münaqişəsinin həllində Ermənistan kompromis variantlara razılıq verməyib, əksinə Qarabağda qanunsuz seçkilər keçirib ki, bunu da beynəlxalq ictimaiyyət tanımayıb: “Ermənistan bu təxribatlar əvəzinə, problemin sülh yolu ilə həllinə gəlməlidir. Bütün məsələlərdə olduğu kimi, Qarabağ məsələsində də qardaş Azərbaycanın yanındayıq”.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*