Çavuşoğlu Türkiyənin son 2 ildə zərərsizləşdirdiyi terrorçuların sayını AÇIQLADIbackend

Çavuşoğlu Türkiyənin son 2 ildə zərərsizləşdirdiyi terrorçuların sayını AÇIQLADI

Türkiyə Avropadan terrora qarşı mübarizədə dəstək gözləyir.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada belçikalı həmkarı ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, ölkəsi qonşularının suverenliyinə hörmətlə yanaşır, amma terrorla mübarizədə heç bir ölkə Türkiyəyə hava və ya quru əməliyyatları keçirməyin deyə bilməz.

Çavuşoğlu əlavə edib ki, son iki ildə Türkiyəyə qarşı Suriya ərazisindən 2 min, İraqdan isə 900-dən çox terror hücumu reallaşdırılıb. Onun sözlərinə görə, Türkiyə İŞİD-lə mübarizədə 4 min 500 terrorçunu zərərsizləşdirib.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*