Çayxanada həmkəndlilər arasında mübahisə qanla nəticələndibackend

Çayxanada həmkəndlilər arasında mübahisə qanla nəticələndi

Oğuz sakini çayxanada bıçaqlanıb.

KONKRET.az xəbər verir ki, rayonun Bayan kəndi ərazisində yerləşən çayxanada 1974-cü il təvəllüdlü Rəşad Davud oğlu Manafov həmkəndlisi, 1957-ci il təvəllüdlü Bəxtiyar Yusub oğlu Həsrətovu boyun nahiyəsindən bıçaqlayıb. 66 yaşlı B. Həsrətov Mingəçevir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb, məhkəmə tibbi ekspertizası təyin olunub və faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*