Cəbhədə bir addımla masada 30 illik müzakirəni necə alt-üst etdik? – Hadrutun siyasi önəmi haqda İLGİNC DETALLARbackend

Cəbhədə bir addımla masada 30 illik müzakirəni necə alt-üst etdik? - Hadrutun siyasi önəmi haqda İLGİNC DETALLAR

“Ötən ilin bu günü – yəni 9 oktyabrda Hadrut düşmən tapdağından azad olundu. Müharibənin başlanmasından sonra ilk dəfə xarici işlər naziri Moskvaya səfər edəcəkdi. Hər kəsdə təbii olaraq, “ruslar döyüşlərin qarşısını alacaqlar” qorxusu yaranmışdı. Və Prezident İlham Əliyev səfərdən saatlar öncə Hadutun azad olunmasını açıqlamaqla əslində çox şey etmişdi”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı səsləndirib. O Hadrutun siyasi önəmi haqda vacib məqamlar diqqətə çatdırıb və qəsəbənin həmin vaxt düşməndən azad edilməsinin müharibənin taleyinə təsirindi xatırladıb:

1. Hadrut Dağlıq Qarabağın inzibati ərazisidir və bu o deməkdir ki, Ordumuz artıq Qarabağın özündədir;

2. Hadrutun azad olunması Dağlıq Qarabağa verilməsi nəzərdə tutulan “statusun” sıradan çıxması deməkdir: Prezident İlham Əliyevin o vaxt Moskva görüşündən təxminən bir saat öncə xalqa müraciətində Hadrutun azad olunduğunu açıqlaması və “artıq status-kvo yoxdur, mən ləğv elədim status-kvonu” deməsi bu idi.

3. Dağlıq Qarabağa daxil olmağımız ətraf 7 rayonun artıq həll olunması və müzakirədən çıxarılması demək idi. Əgər ermənilər masaya gələrlərsə, mövzu 7 rayon yox, Dağlıq Qarabağın özü olacaq. Danışığın olacağı çox az ehtimaldır, lakin Azərbaycan mümkün danışıqlar öncəsi Hadrutu düşməndən təmizləməklə situasiyanı tam tərsinə çevirdi.

Məhərrəmlik üzərindən həyata keçirilən təhlükəli oyun...

4. Prezidentin Hadrutun azad olunduğunu Moskva görüşündən öncə açıqlaması da rus torpağında ola biləcək mümkün danışıqlara hesablanmışdı.

5. Rusların narahatlığının kökündə bu dayanır. Çünki Moskvanın planında ətraf rayonların qaytarılmasına razılıq olsa da, Dağlıq Qarabağın inzibati ərazisinə girişi qəbul edilmir.

6. Azərbaycan Dağlıq Qarabağa daxil olmaqla ermənilərin də, rusların da planlarını alt-üst etdi və bundan sonra Moskvanın belə vəziyyəti dəyişdirməsi çətinləşdi. Azərbaycan cəbhədə bir addımla masada 30 illik müzakirəni alt-üst etdi”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*