“Cəbrayıl, Suqovuşan, Zəngilanda yeni məktəblər tikiləcək” – Nazirbackend

"Cəbrayıl, Suqovuşan, Zəngilanda yeni məktəblər tikiləcək" - Nazir

“Qarabağ zəfəri Azərbaycan təhsili üçün də yeni bir səhifə açıb”.

KONKRET.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Heydər Əliyevin 99-cu ildönümü ilə əlaqədar şagirdlər arasında keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin təltif olunması mərasimində deyib. Onun sözlərinə görə, Azərbaycan məktəbi bu gün zəfər çalmış ölkənin məktəbidir:

“Bu gün təhsilimizin qarşısında bir sıra ümdə məsələlər durur. Şuşada və Ağdamda məktəblər tikilir. Sevindirici haldır ki, ən birinci tikilən binalar elə məktəb binaları olub. O cümlədən Cəbrayılda, Suqovuşanda, Zəngilanda yeni məktəblər tikiləcək. Azad olunmuş ərazilərimiz zəng səsinə qovuşacaq”.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*