Ceff Bezos kosmosa uçdu – Videobackend

Ceff Bezos kosmosa uçdu - VİDEO

Dünyanın ən zəngin insanlarından biri, “Amazon” korporasiyasının təsisçisi Ceff Bezos kosmosa uçub.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki,  “New Shepard” adlı komsik gəmini Bezosun yeni “Blue Origin” şirkəti tikib. Şirkətin məqsədi kosmik turizmi inkişaf etdirməkdir.

Kosmosa Bezosla bərabər onun qardaşı Mark Bezos, 18 yaşlı tələbə Oliver Demen, həmçinin 82 yaşlı Uolli Fank yollanıb. Sonuncu 60-cı ilin əvvəllərində ilk astronavtların hazırlıq proqramı üzrə təlim keçmiş, lakin kosmosa uçmamışdı.

Qeyd edək ki, raket ABŞ-ın ilk astronavtlarından biri olan Alan Şepardın şərəfinə adlandırılıb. Bezos kosmosa digər milyarder – “Virgin Group” korporasiyasının təsisçisi Riçard Brensondan sonra uçub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*