Cəlal Qurbanov atdan belə yıxılıb – VİDEObackend

Cəlal Qurbanov atdan belə yıxılıb - VİDEO

Novxanı kəndində şair, bəstəkar Cəlal Qurbanovun sahibsiz itlərin hücumuna məruz qalmağı ilə bağlı jurnalist Hacı Nuran özünün İnstagram səhifəsində şərh yazıb.

KONKRET.az xəbər verir ki, Nuran hadisənin görüntülərini də yayıb.

“Xəbər məni çox üzdü. Nəğməkar-şair, Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Fire Land production”un rəhbəri, xeyriyyəçi Cəlal Cavanşir oğlu Qurbanovun xəsarət alması çox pis xəbər oldu. Sevmirəm dostların xəstəlik xəbərlərini nə almağı, nə paylaşmağı. Amma həyatdır, heç kim heç nədən sığortalanmayıb. Eynən Cəlal da. Baş verən hadisə çox təəssüf doğurur. Onun vəziyyətinin ağır olmağı mənə çox pis təsir etdi. Onun üçün əlimdən gələn ancaq dualarımdır, çünki Cəlal Qurbanov xəstə yatağında deyil, ayaqda olmağa layiq oğuldur. Cəlal Qurbanov yüzlərlə şəhid övladının mənəvi atası olduğu halda bu gün onun övladları “atam üçün dua edin” deyirlər.

Tanrı onu balalarına bağışlasın. Bir məqama da çox təəssüflənirəm. Dostumun belə ağır anında yanında deyiləm. Buna da çox üzülürəm. Cəlal Qurbanov özü çox diqqətcil insandır. Kiminsə xəstəlik xəbərini eşidən kimi birinci orda olan adamdı qardaşım. Amma təəssüf ki, mən də səhhətimlə bağlı xaricdəyəm. Və bu məqamda ona mənən də olsa dəstək ola bilmirəm. Gücüm tək dualarıma çatır. Mənim əziz qardaşım, yastığın yüngül olsun. Tanrı səni xəstəxana çarpayısı ilə sınamasın. Dua edək”, deyə o, qeyd edib.

Xatırladaq ki, Cəlal Qurbanov hazırda Bakıdakı xəstəxanalardan birinin reanimasiya şöbəsindədir və vəziyyətinin ağır olduğu deyilir.

Roman Göytürk,

KONKRET.az

  • Tahir
    İyun 5, 2022 - 23:10

    Bütün ölkə boyu sahibsiz itlər ətrafı bürüyüb. Hər gün yüzlərlə insan bu ac yalavac, xəstəlikdən iyrənc hala düşmüş bu itlərin hücumuna məruz qalır. Şikayətlərə məhəl qoyulmur. Heç bir tədbir görülmür və ya görülə bilmir. Müvafiq orqanlar deyir ki, yuxarıdan tapşırıq var öldürmək olmaz, ciddi cərimə olunacaqsınız. İt sığınacağına daşınmalıdır ki, ona da pul yoxdur. Həyatda qudurmuş itlərə də toxuna bilmirlər. İcra hakimiyyətləri bu durumda aciz qalıblar.

Tahir üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*