Cəlilabad rayon sakini itkin düşüb.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, Cəlilabad rayon Seyidbazar kənd sakini, 2004-cü il təvəllüdlü Əlisa Hüseynağa oğlu Mirzəyev ötən gün evi tərk edərək, naməlum istiqamətə gedib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda həmin şəxsi tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.