Cəlilabadda dördotaqlı ev YANDIbackend

Cəlilabadda dördotaqlı ev YANDI

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, yanğın Təzəkənd kəndində qeydə alınıb. Hadisə yerinə FHN Cəlilabad yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Kənd sakini Seymur Nuralıyeva məxsus ümumi sahəsi 153 kvadratmetr olan birmərtəbəli dördotaqlı ev tamamilə yanıb. Hadisə zamanı evdə heç kim olmayıb.

Hazırda yanğının səbəbləri araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*