Cəlilabad rayonunda ölümlə nəticələnən yanğın hadisəsi olub.
KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Rayonda ümumi sahəsi 84 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 36 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1939-cu il təvəllüdlü Hətəmova Nübar Ələkbər qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.