Cəlilabadda gənclər arasında kütləvi dava – İkisi bıçaqlandıbackend

Cəlilabadda gənclər arasında kütləvi dava - İkisi bıçaqlandı

Cəlilabad rayonunda gənclər arasında dava bıçaqlanma ilə nəticələnib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Hamarqışlaq kəndində baş verib.

Belə ki, bir qrup kənd sakini olan gəncin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə kütləvi davaya gətirib çıxarıb.

Onların arasında kəsici-deşici vasitələrdən xəsarət alanlar olub. Belə ki, davada 2002-ci il təvəllüdlü Qiyasov Rəhim Rövşən oğlu və 2004-cü il təvəllüdlü Teymurov Elmir Namiq oğlu bıcaq xəsarətləri alaraq rayon xəstəxanasına aparılıb.

Əməli törətməkdə şübhəli bilinən 27 yaşlı E. Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Fakla bağlı araşdırma aparılır.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*