Cəlilabadda iki piyadanı avtomobil VURDUbackend

Cəlilabadda iki piyadanı avtomobil VURDU

Cəlilabad rayonunda iki piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən iki nəfər rayonun Kazımabad kənd sakinləri – 2000-ci il təvəllüdlü Kərimov Gündüz Tacəddin oğlu və onun qardaşı 1990-ci il təvəllüdlü Kərimov Orxan Tacəddin oğlunu minik avtomobili vurub.

Yaralılar rayon xəstəxanasına aparılıb. G.Kərimov koma vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*