Bu gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cəlilabad rayonunda aparılan əməliyyat zamanı saxlanılan bəzi şəxslərin adları məlum olub.
KONKRET.az report-a istinadən xəbər verir ki, saxlanılanların Cəlilabad rayon Bələdiyyələri Əlaqələndirmə Şurasının və Cəlilabad şəhər bələdiyyəsinin sədri Mehdi Kərimov, Cəlilabad Rayon İcra Hakimiyyətinin baş memarı Sahil Qənbərli və “Azərişıq” ASC-nin Cəlilabad şöbəsinin rəisi Səttar Heydərov olduğu bildirilir.
19:26
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Cəlilabadda əməliyyat keçirib.
KONKRET.az xəbər verir ki, əməliyyat zamanı Cəlilabad Şəhər Bələdiyyəsinin sədri, rayonun baş memarı və digər vəzifəli şəxslər saxlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, əlavə məlumat veriləcək.