Cəlilabadda mikroavtobus qəzası: sürücü döyüldübackend

Cəlilabadda mikroavtobus qəzası: sürücü döyüldü

Cəlilabad rayonunda fəhlələri əkin sahəsindən daşıyan mikroavtobus “Priora” markala minik avtomobili ilə toqquşub.

KONKRET.az-ın Report-a istinadən məlumatına görə, hadisə Cəlilabad şəhəri, H.Əliyev prospektində qeydə alınıb.

Qəza nəticəsində mikroavtobusda olan, rayonun Uzuntəpə kənd sakinləri – 2001-ci il təvəllüdlü A. Heydərova və 1972-ci il təvəllüdlü H.Ağayeva müayinə məqsədilə Cəlilabad rayon xəstəxanasına müraciət ediblər.

Məlumata görə, mikroavtobusun sürücüsü digər avtomobildə olan şəxslər tərəfindən döyülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*