Cəlilabadda yol nəqliyyat hadisəsi baş verib.
KONKERT.az xəbər verir ki, hadisə Ələt-Astara magistralında Cəlilabad rayonunu ərazisindən keçən hissəsində qeydə alınıb.
“VAZ-2107” markalı minik avtomobili “Opel” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində sürücülərdən biri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.