Cəlilabadda yol qəzası – Bir ailənin 3 üzvü yaralandıbackend

Cəlilabadda yol qəzası - Bir ailənin 3 üzvü yaralandı

Cəlilabadda yol-nəqliyyat hadisəsi olub.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Ələt–Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Toyota Corolla” markalı avtomobil idarəetmədən çıxaraq yolun mühafizə səddinə çırpıldıqdan sonra aşıb.

Qəzada eyni ailənin üzvləri olan 1986-cı il təvəllüdlü Aidə Hüseynova, 2006-cı il təvəllüdlü Ayaz Hüseynov və 2011-ci il təvəllüdlü Nuray Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım vasitəsilə rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*