Çempionlar Liqasında yeni mövsümə start verildibackend

Çempionlar Liqasında yeni mövsümə start verildi

UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünə start verilib.

KONKRET.az report-a istinadənx xəbər verir ki, mövsüm San Marinonun “La Fiorita” və Andorranın “İnter” komandaları arasında ilkin mərhələnin yarımfinal matçı ilə başlayıb. İslandiyanın paytaxtı Reykyavikdə keçirilən qarşılaşma Andorra təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər yarımfinal oyununda “Estoniya” “Levadiya”sı İslandiya “Vikinqur”u ilə üz-üzə gələcək. Bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:30-da start götürəcək. Cütün qalibi finalda “İnter”in rəqibi olacaq. Həlledici oyun iyunun 24-də gerçəkləşəcək.

Qeyd edək ki, ilkin mərhələnin qalibi növbəti raundda İsveç “Malmö”sü ilə qarşılaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*