Çempionlar Liqasının finalından əvvəl qarşıdurma baş verdibackend

Çempionlar Liqasının finalından əvvəl qarşıdurma baş verdi

UEFA Çempionlar Liqasında İngiltərə “Liverpul”u ilə İspaniya “Real Madrid”i arasında keçirilməli olan final oyunundan öncə qarşıdurma baş verib.

KONKRET.az-ın məlumatına görə, polis Fransanın paytaxtı Parisdəki “Stad de Frans”ın hüdudlarından kənarda İngiltərə komandasının azarkeşlərinə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Fanatlar stadiona biletsiz daxil olmaq istəyiblər.

Qeyd edək ki, görüşü fransalı referi Kleman Türpen idarə edəcək. Görüşün startı nəzərdə tutulduğundan 36 dəqiqə gec – Bakı vaxtı ilə saat 23:36-da verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*