Çempionlar Liqasının oyunları bu tarixdə keçiriləcəkbackend

Çempionlar Liqasının oyunları bu tarixdə keçiriləcək

UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün bərpa tarixi açıqlanıb.

KONKRET.az “Marca”ya istinadən xəbər verir ki, COVID-19 pandemiyasına görə təxirə salınan 1/8 final mərhələsinin cavab oyunlarına avqustun 7-də start veriləcək.

İlk oyun günündə “Mançester Siti” (İngiltərə) – “Real Madrid” (İspaniya) (ilk oyun 2:1) və “Yuventus” (İtaliya) – “Lion” (Fransa) (ilk oyun – 0:1) matçları keçiriləcək.

“Barselona” (İspaniya) – “Napoli” (İtaliya) (ilk oyun 1:1) və “Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə) (ilk oyun – 3:0) qarşılaşmaları isə avqustun 8-də baş tutacaq.

Qeyd edək ki, UEFA avrokubokları martın 13-də dayandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*