“Cənab cırtdanlar…” – Rəsul Quliyev Azərbaycana qayıtmaq xəbərindən DANIŞDIbackend

Cənab cırtdanlar...” - Rəsul Quliyev Azərbaycana qayıtmaq xəbərindən DANIŞDI

“Azərbaycan kimi kiçik bir ölkədə 50-dən çox müxalifət partiyanın olması anormaldır”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib.

O, bildirib ki, Azərbaycan keçmiş Sovet məkanında ən çox internetdən istifadə edən ölkələrdən biridir.

“Çoxsaylı adı olan, özü olmayan cırtdan partiyaların sədrləri internet azadlığından istifadə edərək kimlərdənsə pul qopararaq sifarişlə yazılar yazır, faktiki qanmadan Azərbaycanın çaldığı şanlı qələbəsinə kölgə salmaq istəyirlər.

Bununla əlaqədar bir daha nadanları başa salmaq istəyirəm. 10 milyonluq azərbaycanlıların içərisində bir nəfər olsun belə o cümlədən mən ordumuzun işğal olmuş ərazilərimizi 2020 Senyabr 27-Noyabr 10-a qədər azad edəcəyinə inanmırdıq.

Əslində hamı üçün, o cümlədən özünü müxalifət adlandıran nadanlar üçün bu gözlənilməz oldu. Mən demişdim, bir də təkrar edirəm: bu qələbə tək torpaqları azad etmək deyil, Azərbaycan öz müstəqilliyini təsdiq etdi. Mənim ölkənin şanlı qələbəsinə verdiyim qiyməti ucuzlaşdırmağa cəhd edən ünsürlər vardır.

Aydındır ki, onlar sifarişlə mənim dediklərimi ölkəyə qayıtmaq üçün hakimiyyətə tərif söyləməyim kimi təqdim edirlər. Bu cılız insanlara yazığım gəlir. Azərbaycan Sovet məkanında öz torpaqlarını işğaldan azad etməyə nail olmuş yeganə ölkədir, sizlər bununla fəxr etməlisiniz ay nadanlar. Mən Azərbaycana qayıtmağa heç bir cəhd göstərmədən Azərbaycanın bu tarixi qələbəsini hələ axıra qədər işıqlandırmamışam. Bu qələbə mənim üçün Azərbaycana qayıtmaq arzumdan 100 dəfələrlə önəmlidir. Cənab cırtdanlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*