Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar.
KONRKET.az-ın məlumatına görə, dövlət başçısı, birinci xanım və qızları Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb söhbət etdilər.
Prezident İlham Əliyev: Elədir, siz layiqsiniz buna. Bu torpaqlar 35 il işğal altında qalıb.
Qadın sakin: Amma ümidlə yaşayırdıq ki, nə vaxtsa qayıdacağıq.
Prezident İlham Əliyev: İnanırdınız.
Qadın sakin: Bəli, inanırdıq.
Kişi sakin: Azərbaycan torpağı nə qədər varsa, Siz də, ailəniz də o torpağın üstündə var olasınız. Allah Sizi Azərbaycan xalqının başı üstündən əskik etməsin, amin!
Prezident İlham Əliyev: Sağ olun. Bundan sonra xalqımız sülh içində yaşayacaq, inşallah. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram, xoşbəxt yaşayın.
Sakinlər: Sağ olun.
Kişi sakin: Cənab Prezident, şəkil çəkdirə bilərik?
Prezident İlham Əliyev: Hə, çəkdirək.
