İran prezidenti İbrahim Rəisinin ölümü ilə nəticələnən helikopter qəzasında həlak olanların cənazələri Təbriz şəhərinə aparılacaq.
KONKRET.az ABŞ-nin “CNN” telekanalına istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir-Hüseyn Kolivand bildirib. Onun sözlərinə görə, axtarış-xilasetmə işləri başa çatıb.
İranın “Tasnim News” agentliyi xəbər verir ki, helikopter İranın Şərqi Azərbaycan vilayətindən Təbriz şəhərinə gedərkən qəzaya uğrayıb.
Xatirə SADİQ,
KONKRET.az