Cenevrə Konservatoriyasına dəvət almış 11 yaşlı azərbaycanlı istedad – VİDEObackend

Cenevrə Konservatoriyasına dəvət almış 11 yaşlı azərbaycanlı istedad - VİDEO

11 yaşlı Ləmanın musiqiyə gəlişi təsadüfi olsa da onun bu seçimi özünü doğruldub. KONKRET.az BBC-yə istinadən xəbər verir ki,

İndi Ləman Seyidova təhsil üçün Cenevrə Konservatoriyasına dəvət olunub. Anasının xəstəliyi ilə bağlı ailənin xərcləri böyükdür, ona görə də ailə Ləmanın xaricdə təhsilinə pul ayıra bilmir. Ailəsi maddi məsələlərin qarşılanması üçün prezident təqaüdünə də müraciət edib. Ləman gəzdiyi bütün dünya ölkələrindən maqnit gətirməyi sevir.

Təbiət rəsmləri çəkir, anasının hər ad gününə rəsm bağışlayır. O deyir ki, daha çox kədərli melodiyalar ifa etməyi sevir və ifa edərkən xəyalında hekayələr canlanır. Ləman deyir ki, bəzən yorulur, amma musiqini atmağı düşünmür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*