Cənubi Koreyada iki general həbs edildibackend

Cənubi Koreyada iki general həbs edildi

Cənubi Koreya polisi hərbi vəziyyətin tətbiqi ilə bağlı aparılan istintaq çərçivəsində Hərbi Kəşfiyyat Komandanlığının indiki və keçmiş rəhbərlərini həbs edib.

KONKRET.az xəbər verir ki. bu barədə “Yonhap” agentliyi məlumat yayıb: “Xüsusi əməliyyat qrupu  general-mayor Mun Sanq-ho və Roh Sanq-vonu saxlayıb”. Agentliyin məlumatına görə, prezident Yoon Seok-yeol qəfildən hərbi vəziyyət elan etdikdən sonra Mun Qvaçeondakı Milli Seçki Komissiyasının ofisinə qoşun göndərməkdə şübhəli bilinir. Hazırda hərbi kəşfiyyatın rəhbəri keçmiş müdafiə naziri Kim Yonq-hyunun yaxın köməkçisidir. Müstəntiqlərin fikrincə, o, Yun-u hərbi vəziyyətin tətbiqinə hazırlamaqda şübhəli bilinir. Cənubi Koreya qanunlarına görə şübhəli şəxs kimi polis idarəsinə gətirilənlər 48 saatdan artıq saxalana bilməzlər. Məhkəmə bu müddət ərzində rəsmi order verməsə, Mun və Noh azadlığa buraxılacaqlar.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*