Cənubi Koreyanın atdığı ballistik raket öz ərazisinə düşdübackend

Cənubi Koreyanın atdığı ballistik raket öz ərazisinə düşdü

Cənubi Koreya ordusunun təlim zamanı atdığı “Hyumoo-2” ballistik raketi ölkənin şərqindəki Qanqnyonq şəhəri yaxınlığında Hərbi Hava Qüvvələri bazasına düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.

Bildirilib ki, raket yerə düşərək partlayıb.

Partlayış KXDR-in hücumlarından ehtiyat edən şəhər sakinləri arasında panikaya səbəb olub.

Hakimiyyət orqanları bir neçə saat ərzində insidentlə bağlı şərh verməyib.

Daha sonra Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargahı insident nəticəsində itkilərin olmadığını və mülki obyektlərə ziyan dəymədiyini bildirib.

Məlumata görə, “Hyumoo-2” raketləri Cənubi Koreyanın KXDR-ə qarşı cavab zərbələri strategiyasında əsas rol oynayır.

Qeyd edək ki, Cənubi Koreya və ABŞ hərbçiləri KXDR-in raket buraxılışına cavab olaraq dörd “yer-yer” raketini sınaqdan keçirib.

Digər tərəfdən Şimali Koreya bu il 40-a yaxın ballistik raket buraxıb. 2017-ci ildə Pxenyan ABŞ ərazisinə çata bilən raketləri sınaqdan keçirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*