“Cənubi Qafqaz üzrə 3+3 formatında görüş hazırlanır, hazırda tarix və razılaşdırılır”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransında deyib:
“Biz üç Cənubi Qafqaz respublikası və onların qonşularını – Rusiya, İran və Türkiyəni nəzərdə tutaraq 3+3 məsləhətçi-regional platformasının fəaliyyətindən danışdıq. Bu, vaxtilə Azərbaycan Prezidentinin təşəbbüsü idi. İlk görüş oldu. İndi biz konkret tarixləri və gündəliyi razılaşdıraraq növbəti tədbir hazırlayırıq”, – deyə Lavrov bildirib.
İrəvanla Bakı arasında münasibətlərin nizamlanması məsələsinə toxunan Lavrov bildirib ki, Ermənistan və Azərbaycan liderlərinin imzaladığı bəyanatlar bu prosesin əsasını təşkil edir. Onun sözlərinə görə, Ceyhun Bayramovla görüşdə üç ölkə başçısının imzaladığı üçtərəfli sənədlərə uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı bütün məsələlər ətraflı müzakirə olunub: “Bütün məsələlərin tam həlli üçün möhkəm, etibarlı zəmin, nəqliyyat və iqtisadi əlaqələrin qurulması, sərhədin delimitasiyası və sülh müqaviləsinin bağlanması lazımdır. Bununla bağlı Rusiya tərəflərə yardım göstərməyə hazırdır. Biz kömək etməyə hazırıq. Amma burada fundamental məsələlərə dair qərar qəbul etmək çox vacibdir və bu mənada Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 6-da Praqada BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında əldə etdikləri razılıq mühüm əhəmiyyət kəsb edir. Bu, Ermənistanın baş naziri Nikol Paşinyanın və Azərbaycan prezidenti İlham Əliyevin dəstəyi ilə problemin həllini çox asanlaşdırılır” – deyə lavrov fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az