Cənubi Qafqazdan başlayan “Yeni dünya” sistemi: İlham Əliyev modelibackend

Cənubi Qafqazdan başlayan "Yeni dünya" sistemi: İlham Əliyev modeli

Prezident İlham Əliyevin Vaşinqton zəfəri nəinki Azərbaycanın, eləcə də regionun gələcəyi üçün elə bir əhəmiyyətə malikdir ki, buna yalnız tarix qiymət verəcək.

Analitik materiallarda, köşə yazılarında, şərh və müsahibələrdə, politoloqların, tanınmış ictimai-siyasi xadimlərin, ustad qələm adamlarının apardığı müzakirələrdə tarixi Vaşinqton görüşü haqqında çox danışıldı, bütün detallar incələndi, maraqlı məqamlara aydınlıq gətirildi. Amma yenə də elə bil nə isə deyilmədi. Bilirsiniz, mənim ağlıma nədənsə 2001-ci ilin sentyabrın 11-də ABŞ-də baş verən terror hadisəsi gəlir. 21-ci əsrin ən böyük, diqqətçəkən olayı ilə yeni era məhz Birləşmiş Ştatlarda qüllələrin vurulması ilə başladı. Məhz həmin dövrdən sonra Amerika Əfqanıstanda genişmiqyaslı müharibə qərarını verdi və beləliklə, qlobal təhlükəsizlik siyasətində inanılmaz proseslər sürətlə bir-birini əvəz etdi.

ABŞ və müttəfiqlərinin İraqa müdaxiləsi (2003) — Vikipediya

Bu siyasətin mahiyyətində “Terrorla mübarizə” strategiyasına start verildi. Onun ardınca, yəni 2003-cü ildə Birləşmiş Ştatlar İraqa hücum etdi, Səddam Hüseyn devrildi, Yaxın Şərqdə uzunmüddətli qeyri-sabitlik yarandı. İki il sonra Londonda bir-birinin ardınca terror aktları törədildi. 2005-ci ilin iyul ayının 7-də ard-arda baş verən partlayışlar, hücumlar Avropanı lərzəyə saldı. 11 sentyabrın acı izləri dünyanı ABŞ-də 2008-2009-cu ildə başlayan qlobal maliyyə böhranına qədər gətirib çıxardı. Artıq yaşadığımız dünya cəhənnəmə dönmüşdü. 2010-2012-ci illərdə Tunis, Misir, Liviya, Suriya və digər ölkələrdə baş verən “Ərəb baharı”, Yaponiyada zəlzələ və Fukusimadakı nüvə fəlakəti, 2014-2017-ci illərdə Orta Şərqdə İŞİD-in əli ilə yeni terror müharibələri yaxın gələcəkdə baş verə biləcək apokalipsisdən xəbər verirdi. Rusiyanın Krımı işğal etməsi ilə böyük güclərin əsəbləri tarıma çəkildi. Dünya məcbur olub diqqətini qlobal iqlim dəyişikliyinə yönəltməklə artan münaqişə ocaqlarını səngitmək istəyirdi. 2015-ci ildəki Paris iqlim sazişi imzalandı. Dünya 2020-ci ildə COVID-19 pandemiyası ilə fövqəladə vəziyyət elan etdi. Apokalipsisdən çıxmaq üçün hər vasitəyə əl atıldı.

Liviyada baş verənlər, ərəb baharı və Yaxın Şərq - Turkustan.az

Zika virusu epidemiyası, sonradan ABŞ-nin Əfqanıstandan çıxışı belə Yer kürəsinin çiçəklənmə dövrü ilə bağlı mesajlarını qabarda bilmədi. Nə isə baş verməli idi. “11 sentyabr hadisələri” başqa sifətdə təcəlla etməli idi. Çünki dünya ədalətə hamilə qalmışdı. Amma hər kəsin də etiraf etdiyi kimi bir lider böhranı yaşanırdı.

Bəli, 2001-ci ildə Vaşinqtonda bir cüt qüllənin “yoxa çıxması ilə” dünya beləcə dəyişdi. 12 il sonra inşası başa çatan Alov Qüllələri isə Bakıdan dünyaya Böyük İradənin zühur edəcəyindən xəbər verirdi.

Və budur, 2020-ci ildə dünyanın 35 ildir unutduğu bir regionda bu İRADƏ işə düşdü. Qlobal layları yerindən oynadan bir SAVAŞ başladı. Azərbaycan tarixində bu mərhələ 2-ci Qarabağ və ya Vətən Müharibəsi adlanmağa başlayacaqdı.

Fransa, Rusiya, ABŞ və digər güclər gözləmədiyi bir situasiya ilə üzləşdi. Onlar üçün qəfil olan qanlı toqquşmalar baş verdi. Axı bütün ssenarilər bu paytaxtlarda yazılırdı. İlham Əliyev iradəsi göstərdi ki, bu dəfə xalq öz taleyini özü YAZACAQ. Ali Baş Komandan həyatını riskə atdı, xalqının “Ya Qarabağ, ya ölüm” çağırışına hay verdi. O, zamanını seçdi, “Nəyi, necə, nə vaxt etmək lazım olduğunu göstərdi. Sinəsini qabağa verib dünyaya mesajlarını çatdırdı. “Artıq çox şey dəyişəcək”, – deyə diqqətləri üzərinə çəkdi. Amma beynəlxalq aləm nə baş verdiyini tam anlaya bilmirdi və yaxud anlamaq istəmirdi. Ona görə də var gücü ilə sərkərdənin üzərinə hücumlar oldu, kəskin suallar ünvanlandı, hədə-qorxu gəlindi. Ancaq xalqı və ordusu ilə həmrəy olan Ali Baş Komandanla bacarmaq mümkün olmadı.

Vətən müharibəsi » AZƏRBAYCAN » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

44 günlük müharibə təkcə Azərbaycanın taleyini dəyişmədi. Qısamüddətli antiterror əməliyyatları ilə təkcə Xankəndi separatçılardan azad olmadı. Qlqobal güclər bir şeyin fərqinə varmağa başladılar. İlham Əliyev dünyaya yeni bir era vəd edirdi. Apokalipsisdən xilas olmağın yolu göstərilirdi. Bu isə Cənubi Qafqazda Böyük Ədalətin təmin edilməsi ilə özünü göstərdi. Artıq məlum oldu ki, İlham Əliyev təkcə Azərbaycanın deyil, eləcə də dünyanın ədalətə ehtiyacı olduğunu deyir, çox böyük iqtisadi layihələrin vacibliyindən danışır, Avropanı enerji böhranından çıxarır, müdrikliyi ilə ərazisi Azərbaycandan qat-qat böyük olan ölkələrin liderlərini heyran qoyur.

Ukraynaya humanitar yardımlar edir, qardaş Türkiyənin böyük zəlzələdən sonra şəhərlərini tikir, Fransaya, onun rəhbərinə dərs verir, Putinə prinsipial rəhbər olduğunu xatırladır, İrana Pezeşkiana qədər elə bir yanaşma sərgiləyir ki, heç kim nəyin baş verdiyini anlamır. Vaşinqton zəfərinə qədər. Vaşinqton görüşündə məlum olur ki, uzaqgörən lider artıq təhlükəyə çevrilən süni intellektin yaratdığlı inqilabi dəyişiklikləri Azərbaycanın xeyrinə yönəltmək üçün vaxtında mühüm qərarlar veribmiş.

Və ən nəhayət, dünya yalnız Ermənistanla Azərbaycan arasında baş tutacaq sülhdən sonra bütün savaşların müalicəsi olan, hər bir dövlətin maraqlarını təmin edən böyükmiqyaslı iqtisadi layihələri reallaşdırmalı, buna qədər mövcud olan münasibətlər sistemi tam dəyişməlidir. Ağ Evin dəhlizlərində İlham Əliyevin bədən dili və davranışları da yeni təhlükəsiz dünya sisteminin labüdlüyünü özündə ifadə edirdi. Bu mənada Ağ Evin rəmzi açarı dünyanın bir nömrəli ofisində ona təsadüfən verilmədi.

İlham Əliyev, Donald Tramp və Nikol Paşinyanın imzaladıqları Birgə Bəyannamənin TAM MƏTNİ

ABŞ Dövlət Katibi Marko Rubionun dediyi kimi, İlham Əliyev, Nikol Paşinyan və Donald Trampın imzaladığı razılaşma qlobal əhəmiyyətli tarixi sülh müqaviləsinin əsasını qoydu. Fransa prezidenti Emmanuel Makron məcbur olub bu ifadələri işlətdi: “İndi sülh müqaviləsinə mane olan heç nə qalmayıb”. İranın bəzi dairələri Vaşinqton razılaşmasına qısqanclıqla yanaşsa da, razılaşma qarşısında boyun əyməkdən başqa çarəsi qalmadı.

Beləliklə, istər regional, istərsə də bundan sonrakı münaqişə riskləri azaldı. Prosesin məntiqi nəticəsində Qara dəniz–Xəzər hövzəsi enerji və nəqliyyat marşrutlarının təhlükəsizliyinin möhkəmlənməsinə zəmin yarandı, Avropa və Asiyanın iqtisadi əlaqələrinin dərinləşməsinin istiqamətləri müəyyən edildi.

Artıq böyük güclər arasında balanslı əməkdaşlıq erası başlayacaq. Belə ki, ABŞ-nin vasitəçiliyi ilə əldə olunan bu razılaşma Qərb-Rusiya-İran rəqabətinin gərgin nöqtəsində sistematik dialoqu işə salacaq. Artıq bu, digər “dondurulmuş münaqişələr” üçün də diplomatik presedent yaradacaq (məsələn, Gürcüstan–Abxaziya, Moldova–Dnestryanı). Münaqişənin sülh yolu ilə həllinə yönəlmiş addımlarda BMT Nizamnaməsinin və beynəlxalq hüququn üstünlüyü yenidən bərqərar olacaq. Və ən nəhayət, hərbi eskalasiyanın qarşısı alınmaqla NATO, KTMT və digər hərbi blokların bir-biri ilə baş-başa gəlməsi ehtimalı tam azaldı.

İndi gördünüzmü, İlham Əliyev dünyanı tam cəhənnəmdən qurtardı. Buna dünya şahid oldu, Trampın imzası ilə.

Fadil Paşayev,

Əməkdar jurnalist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*