Çexiya İsraildəki səfirliyini Qüdsə köçürürbackend

Çexiya İsraildəki səfirliyini Qüdsə köçürür

Çexiya digər dövlətlərlə əməkdaşlıq çərçivəsində İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürməyi planlaşdırır.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çexiyanın baş naziri Petr Fiala məlumat verib. Çexiya səfirliyinin Qüdsə köçürülməsi ideyasının təşəbbüskarı respublikanın keçmiş prezidenti Miloş Zemandır. O, uzun illər idi buna israr edirdi. Zemanın səyləri sayəsində Qüdsdə Çexiya Evi açılıb və uğurla fəaliyyət göstərir, respublikanın mədəniyyət mərkəzi və iki ölkənin iş adamları arasında birbaşa əlaqələrin qurulmasında vasitəçi rolunu oynayır. Bundan əvvəl isə ABŞ, Honduras, Qvatemala, Papua Yeni Qvineya və Kosovo artıq səfirliklərini Qüdsə köçürüblər.

 Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*