Çexiya prezidentliyinə namizəd içərisində patron olan hədələyici məktub aldıbackend

Çexiya prezidentliyinə namizəd içərisində patron olan hədələyici məktub aldı

Çexiyanın keçmiş baş naziri, prezidentliyə namizəd Andrey Babişin ailəsinə içində patron olan hədələyici məktub gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə “Ceske Noviny” məlumat yayıb.

“Söhbət prezidentliyə namizədi və onun ailə üzvlərini qorxutmaqdan gedir, bu, azad cəmiyyətdə baş verməməlidir”, – Babişin açıqlamasında deyilir.

Polis faktla bağlı araşdırma aparır.

Yanvarın 13-14-də Çexiyada seçkilərin birinci turu keçirilib. NATO Hərbi Komitəsinin keçmiş rəhbəri, ehtiyatda olan ordu generalı Petr Pavel 35,4% səs toplayıb. Babiş 34,99% səslə ikinci yeri tutub. Qalibi müəyyən edəcək seçkilərin ikinci turu yanvarın 27-28-də keçiriləcək.

Qeyd edək ki, Babiş 2017-2021-ci illərdə Çexiyanın Baş naziri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*