Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Prezidenti Şövkət Mirziyayev ilə görüşüb.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabında paylaşım edilib.
Görüş Səmərqənddə keçirilən UNESKO Baş Konfransının 43-cü sessiyası çərçivəsində baş tutub.
Ceyhun Bayramov Özbəkistanı bu mötəbər qlobal toplantının uğurlu ev sahibliyi və əla təşkilatçılığı münasibətilə səmimi qəlbdən təbrik edib.
