Ceyhun Bayramov Mirzoyanla görüşəcəkbackend

Ceyhun Bayramov Mirzoyanla görüşəcək

İyunun 26-da ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov erməni həmkarı Ararat Mirzoyanla görüşəcək.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Bildirilib ki, tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair sülh sazişini müzakirə edəcəklər. Məlumatda qeyd edilib ki, A.Mirzoyan artıq ABŞ-a səfərə yola düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*