Ceyhun Bayramov səfirləri topladı – FOTObackend

Ceyhun Bayramov səfirləri topladı - FOTO

30 iyul 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən yeni təyin olunmuş səfirləri ilə görüşüb. Görüşdə, həmçinin Xarici İşlər Nazirliyinin rəhbər heyəti iştirak edib.

u barədə KONKRET.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə nazir Ceyhun Bayramov müstəqillik tariximizin ən önəmli dövrünü yaşadığımızı qeyd edərək, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda apardığımız Vətən müharibəsi nəticəsində şanlı Zəfərin əldə olunması münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq ifadə edib, habelə qüdrətli Ordumuza fəxarətlə istinad edərək, Vətənimizin bütövlüyü uğrunda canından keçmiş Şəhidlərimizin ruhu önündə baş əydiyimizi vurğulayıb.

Nazir yeni səfir təyinatları münasibətilə həmkarlarını təbrik edib.

Ceyhun Bayramov müasir dövrün çağırışları fonunda, hazırkı post-münaqişə mərhələsində ölkəmizin milli maraqları əsasında dövlət başçısının müəyyən etdiyi xarici siyasət kursu çərçivəsində qarşımızda duran əsas məqsəd və vəzifələr, o cümlədən əldə edilmiş Zəfərin möhkəmləndirilməsindən bəhs edib. Nazir, dinamik şəkildə dəyişən mövcud vəziyyətdə AR diplomatik nümayəndəliklərinin əsas fəaliyyət istiqamətləri barədə danışıb. Ceyhun Bayramov eyni zamanda, diplomatik nümayəndəliklərin rəhbərlərinə müxtəlif istiqamətlərdə fəaliyyət səmərəliliyinin artırılması üzrə görülmüş işlər barədə məlumat verib, onlara bu xüsusda məsləhət və tapşırıqlarını verib.

  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*