Ceyhun Bayramov: “XİN başçılarının üçtərəfli görüşünə hazırıq“backend

Ceyhun Bayramov: “XİN başçılarının üçtərəfli görüşünə hazırıq“

“Təxirə salınan Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının üçtərəfli görüşün ən tez zamanda reallaşmasına biz hazırıq. İndi hər şey qarşı tərəfdən asılıdır”.

KONKRET.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, görüşdən imtina məsuliyyətsiz addımların bariz nümunəsidir:

“Son günlər Ermənistan tərəfindən manipulyasiya siyasətini görürük. Onları yanlış mövqedən çəkinməyə çağırırıq. Sülh gündəliyinin irəli aparılması hər zaman Azərbaycanın təşəbbüsü olub. Bundan sonrakı bütün prinsiplər də Azərbaycan tərəfindən qarşı tərəfə təqdim edilmişdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*