Ceyhun Bayramovla gürcüstanlı həmkarı arasında geniş tərkibdə görüş oldubackend

Ceyhun Bayramovla gürcüstanlı həmkarı arasında geniş tərkibdə görüş oldu

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili arasında geniş tərkibdə görüş olub.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş çərçivəsində Azərbaycan və Gürcüstan nümayəndə heyətləri arasında enerji, nəqliyyat, regional əlaqələr, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri də daxil olmaqla, əməkdaşlığın əsas sahələri müzakirə edilib.

Qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri də gündəlikdə yüksək yer tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*