Ceyhunun qətli ilə bağlı onlara – Hökm oxundubackend

Ceyhunun qətli ilə bağlı onlara - Hökm oxundu

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan hərbi hissə komandiri, polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

KONKRET.az xəbər verir ki, bu gün Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.

Bu iş üzrə Ceyhunun xidmət etdiyi hərbi-hissənin komandiri, polkovnik Samir Həziyev və tibb xidməti rəisi Aydın Quliyev mühakimə edilib.

Prokuror Samir Həziyevin 5, Aydın Quliyevin isə 4 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Hökmə əsasən, Samir Həziyev 4, Aydın Quliyev isə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən əvvvəl vəkillər Orxan Zeynalov və Kəramət Əliyev müdafiə çıxışlarında, müttəhimlər son sözlərində bəraət istəyiblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu ötən il iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.

Bir neçə gün sonra Günnüt yaşayış məntəqəsi istiqamətində onun nəşi aşkar edilib.

Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə məhkəmə-tibbi, kompleks məhkəmə-ballistik, daktiloskopik və trasoloji ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, habelə, iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunub.

Cinayət işi üzrə hərbi hissə komandiri, polkovnik Həziyev Samir Mətləb oğlu həbs olunub. İş üzrə onunla yanaşı, hərbi hissənin Tibb Xidməti rəisi Quliyev Aydın Yaşar oğlu da ittiham olunur.

Onlara Cinayət Məcəlləsinin 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma-bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Ceyhun Hüseynov ADA Universitetinin məzunu olub.//Globalinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*