Ceyms Bond avtomobilləri hərraca çıxarılacaqbackend

Ceyms Bond avtomobilləri hərraca çıxarılacaq

Supercasus Ceyms Bond haqqında ilk filmin nümayişinin 60 illiyi münasibətilə məşhur kinoeposun filmlərinin çəkilişlərində istifadə olunan avtomobillər hərraca çıxarılacaq.

KONKRET.az xəbər verir ki, sentyabrın 15-dən oktyabrın 5-dək keçiriləcək hərracda kaskadyor səhnələrinin çəkilişində yer alan avtomobillər də daxil olmaqla 60 lotun satışı planlaşdırılır.

Xüsusilə, seriya nömrəsi 007 olan “Land Rover Defender 110”un ən azı 360 min dollara satılması planlaşdırılır. Eyni zamanda, hərrac zamanı onun qiymətinin 650 min dollaradək arta biləcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*