“CHP lideri kimi Azərbaycanı kənarda qoymuruq” – Ərdoğanbackend

"CHP lideri kimi Azərbaycanı kənarda qoymuruq" - Ərdoğan

Türkiyənin digər vilayətlərində inşa ediləcək sürətli dəmiryol xətləri Bakı-Tbilisi-Qars yoluna birləşəcək.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivasda çıxışı zamanı deyib.

O bildirib ki, uzunluğu 405 kilometrə çatan bu xətt bir neçə vilayəti birləşdirəcək.

“Kayseri ilə də əlaqə xətti quracağıq. Qarsa qədər uzadılacaq. Oradan isə Bakı-Tbilisi xəttinə birləşdirəcəyik. Biz regionumuz üçün dünya əhəmiyyətli strateji xətt açacağıq. CHP lideri kimi Azərbaycanı kənarda qoymaqla deyil, onlarla çiyin-çiyinə bu işləri görəcəyik”, – deyə Ərdoğan qeyd edib.

Ərdoğan qeyd edib ki, Türkiyə Azərbaycanla infrastruktur layihələrini inkişaf etdirəcək. O bildirib ki, bütün bunlar Qarabağı, Zəngəzur dəhlizini heçə sayan CHP sədri Kamal Kılıçdaroğluna rəğmən baş tutacq: “Necə ki, Qarabağı birlikdə azad etdik və iqtisadiyyatdan müdafiə sənayesinə qədər hər sahədə əməkdaşlığımızı gücləndirdik, azərbaycanlı qardaşlarımızla nəqliyyat infrastrukturumuzu da təkmilləşdirəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*