Türkiyənin ana müxalifət partiyası CHP-nin İstanbul üzrə sədri Özgür Çelik haqqında həbs qərarı çıxarılıb.
KONKRET.az xəbər verir ki, sözügedən qərar İstanbul Baş Prokurorluğu tərəfindən verilib.
Qeyd olunub ki, ona qarşı 2023-cü ilin oktyabr ayında keçirilmiş Cümhuriyyət Xalq Partiyasının İstanbul üzrə Sədrliyi seçkilərində şəxsi mənfəət müqabilində seçki saxtakarlığı iddiaları irəli sürülüb.