Bir müddət yalnız ödənişli abunəçilər üçün mövcud olan “Comet” indi dəvət olmadan bütün istifadəçilər üçün pulsuzdur.
KONKRET.az xəbər verir ki, bu sahədə aparıcı ad olan “Perplexity” tərəfindən hazırlanmış, uzun müddətdir yalnız ödənişli abunəçilər üçün mövcud olan “Comet” indi dəvət olmadan bütün istifadəçilər üçün pulsuzdur.
“Chromium” platformasında qurulan “Comet” istifadəçilərə mövcud genişləndirmələri, tarixçələri, əlfəcinləri və giriş məlumatlarını problemsiz köçürməyə imkan verir. Müasir dizaynı və qaranlıq rejim dəstəyi ilə yanaşı, funksional əlavələri ilə ənənəvi brauzerlərdən fərqlənir.
Dəniz Pənahova
KONKRET.az