Çin ABŞ müdafiə şirkətlərinin rəhbərlərinə sanksiya TƏTBİQ EDƏCƏKbackend

Çin ABŞ müdafiə şirkətlərinin rəhbərlərinə sanksiya TƏTBİQ EDƏCƏK

Çin ABŞ-ın “Raytheon Technologies” və “Boeing Defence” müdafiə şirkətlərinin rəhbərlərinə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning deyib.

Onun sözlərinə görə, bu addım Tayvanla 1,1 milyard dollarlıq silah müqaviləsinin təsdiqlənməsinə cavab olaraq atılıb.

“ÇXR-in suverenliyini və təhlükəsizlik maraqlarını qorumaq üçün Çin hökuməti “Raytheon Technologies”in idarə heyətinin sədri və baş icraçı direktoruna, həmçinin “Boeing Defence” şirkətinin prezidentinə və baş icraçı direktoruna qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib”, – XİN rəsmisi brifinqdə deyib.

Qeyd edək ki, sentyabrın 2-də ABŞ Dövlət Departamenti Tayvana 1,1 milyard dollarlıq hərbi texnika satışını təsdiqləyib. ABŞ ada ölkəsinə 60 ədəd gəmi əleyhinə “Harpoon” raketi və 100 ədəd “Sidewinder” raketi satmağı planlaşdırır. Sentyabrın 15-də isə  ABŞ Senatının Beynəlxalq Komitəsi Tayvana daha 4,5 milyard dollarlıq hərbi və maliyyə yardımı ayrılmasını təsdiqləyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*