“Çin ABŞ üçün ən böyük təhdiddir” – Hərbi Kəşfiyyatbackend

“Çin ABŞ üçün ən böyük təhdiddir” - Hərbi Kəşfiyyat

“Gələcək onilliklərdə Çin ABŞ üçün ən böyük təhdid olacaq”.

KONKRET.az “CBS News”a istinadla xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat Agentliyinin direktoru Skott Berriyer bildirib.

“Önümüzdəki onilliklərdə Çin nüvə arsenalını artıracaq və Pekin tezliklə Vaşinqton üçün ən böyük təhlükə halına gələcək”.

Hərbi Kəşfiyyat Agentliyinin direktoru Senata təqdim etdiyi hesabatda Çin ordusunun 2015-ci ildən ballistik raket, sualtı qayıq və bombardmançı təyyarələri də daxil olmaqla, təxminən 260 nüvə başlıqlı arsenala sahib olduğunu açıqlayıb.

“Çin təcavüzkarlığı artır, o, Latın Amerikası və Afrikada da qoşun yerləşdirir. Bundan başqa, Pekin 2030-cu ilə qədər nüvə biləyini iki qat gücləndirməyə çalışır. Ən azı yaxın on il ərzində bu ehtimal gerçəyə yaxındır və bu, ABŞ üçün təhdiddir”.

General Berriyer ABŞ üçün ilk digər təhdidlərin Rusiya, İran və Şimali Koreya gəldiyini bildirib. yenisabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*