Çin Azərbaycana təşəkkür etdibackend

Çin Azərbaycana təşəkkür etdi

Çin İrandan vətəndaşlarının təxliyəsinə köməyə görə Azərbaycana təşəkkürünü bildirib.

KONKRET.az bildirir ki, bu barədə bu gün brifinqdə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qo Tszyatsyun (Guo Jiakun) bəyan edib.

“ÇXR vətəndaşlarının eskalasiya zonasından təxliyəsi zamanı İran, Azərbaycan, Türkmənistan, Ermənistan, Türkiyə, İraq, BƏƏ, Oman, Küveyt, Misir və İordaniya kimi ölkələr Çinə dəyərli dəstək göstəriblər. Buna görə onların hamısına səmimi minnətdarlığımızı bildiririk”, – deyə o bildirib.

Qeyd edək ki, iyunun 21-də 740-dan çox Çin vətəndaşı “Astara” sərhəd-keçid məntəqəsi vasitəsilə İrandan Azərbaycana təxliyə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*