Çin Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir.
KONKRET.az report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev və ÇXR sədri Si Cinpinin 23 aprel tarixində danışıqların yekunlarına dair birgə bəyanatında deyilir.