Çin Əbu-Dabidə gizli hərbi obyekt tikib?backend

Çin Əbu-Dabidə gizli hərbi obyekt tikib?

ABŞ kəşfiyyat xidmətləri hesab edir ki, Çin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi yaxınlığındakı liman bölgəsində gizli şəkildə hərbi obyekt tikib.

KONKRET.az xəbər verir ki, mənbələrə görə, təxminən bir il əvvəl ABŞ rəsmiləri Əbu-Dabi yaxınlığındakı Xəlifə limanında “şübhəli Çin fəaliyyəti” ilə bağlı kəşfiyyat məlumatları almağa başlayıblar.

Qeyd edilir ki, bu ilin yazında məxfi peyk görüntüləri ABŞ rəsmilərinə Çinin limanda hərbi obyekt tikdiyi qənaətinə gəlməyə imkan verib.

ABŞ prezidenti Co Bayden administrasiyası BƏƏ-ni obyektin hərbi məqsəd daşıdığına və tikintisinin dayandırılmasına inandırmaq üçün fəal diplomatik səylər göstərib.

ABŞ rəsmilərinin BƏƏ-yə bir sıra görüşləri və səfərlərindən sonra obyektin tikintisinin dayandırıldığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*