Çin Əfqanıstana 31 milyon dollar yardım edəcəkbackend

Çin Əfqanıstana 31 milyon dollar yardım edəcək

Çin hökuməti Əfqanıstana 200 milyon yuan (təxminən 31 milyon dollar) ərzaq və dərman yardımı, həmçinin 3 milyon dozada COVID-19 peyvəndi verəcək.

KONKRET.az xəbər verir ki, bu barədə BMT -nin Əfqanıstana yardımla bağlı nazirlər toplantısında Çin Xalq Respublikasının BMT ofisi və digər beynəlxalq təşkilatların Cenevrədəki daimi nümayəndəsi Çen Xu məlumat verib.

Onun sözlərinə görə, indiki şəraitdə beynəlxalq birlik Əfqanıstana yardımı gücləndirməli və genişləndirməlidir.

“Amerika Birləşmiş Ştatları və müttəfiqlərinin humanitar və digər yardım növləri ilə bağlı xüsusi öhdəlikləri var. Əfqanıstan xalqının ehtiyaclarına gəldikdə, Çin bütün mümkün vasitələrdən istifadə edərək ölkənin sülh yolu ilə yenidən qurulmasına və iqtisadi inkişafına dəstək verməyə davam edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*